Medianews.az
Türkiyəli müğənni saxlanıldı -
59 baxış

Türkiyəli müğənni saxlanıldı - FOTO

Türkiyədə İstanbul Respublika Prokurorluğunun məşhurlara yönəlmiş narkotiklərlə bağlı istintaqı çərçivəsində daha bir neçə tanınmış sima saxlanılıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Saxlanılan 7 şübhəli arasında YouTube platformasında məşhurlaşan müğənni Bilal Hancı da yer alır.

Əməliyyat çərçivəsində saxlanılan digər şəxslər arasında tanınmış jurnalist, şou-biznes sahəsi üzrə müxbir Mehmet Üstündağ da yer alır.

Saxlanılma qərarı verilmiş digər 3 şübhəlinin isə ölkə xaricində olduğu müəyyən edilib.

Bizə qoşulun