Türkiyədə 16 yaşlı qız ailəsi tərəfindən otağında başından güllələnmiş vəziyyətdə tapılıb.
Medianews.az xəbər verir ki, hadisə 16 dekabr, gecə saatlarında, Kocaeli Körfəzində baş verib.
Ailənin çağırışı ilə hadisə yerinə həkimlər və polislər gəlib. Tibb işçiləri qızın vəfat etdiyini müəyyən ediblər.
Cəsəd yarılma üçün morqda saxlanılıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
Medianews.az