ABŞ prezidenti Donald Tramp Çinin İrana kömək edəcəyi təqdirdə ona tarif tətbiq edəcəyini bildirib.
Medianews.az "Unikal"-a istinadla xəbər verir ki, o, İranı dəstəkləyən və ya İrana hərbi texnika tədarük edən hər hansı bir ölkənin məhsullarına 50% tarif tətbiq edəcəyini deyərkən Çini nəzərdə tutduğunu söyləyib.
"Bəli, buraya Çin və bəlkə də digər ölkələr daxildir. Amma konkret olaraq, bəli, Çin də bu siyahıdadır", - deyə Tramp qeyd edib.