Medianews.az
"Toy kostyumunu yatağın üstünə qoyub, canlı İlham yaratmaq istəyib..." -
129 baxış

"Toy kostyumunu yatağın üstünə qoyub, canlı İlham yaratmaq istəyib..." - VİDEO

"Ordunu şəhərə yeritmək istəyirdilər, buna görə də gənclər barrikadalar qurmuşdular. Hadisələrə bir neçə dəqiqə qalmış hamı orada idi, qardaşım İlham da yanımda idi. Bizə deyirdilər ki, qorxmayın, rezin güllələrdir, heç nə olmayacaq".

Bakıvaxtı.az Baku TV-yə istinadən xəbər verir ki, bunu 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev söyləyib.

O bildirib ki, atışma başlayandan sonra qardaşı gözündən itib:

"Bir də baxdım ki, İlham yoxdur. Soruşdum, dedilər ki, aşağı düşüb".

Elxan Allahverdiyevin sözlərinə görə, İlham tankların qarşısına çıxaraq əsgərlərə müraciət edərkən vurulub:

"Əlini qaldırıb, tankın qabağına çıxıb və rusca deyib ki, biz silahsızıq, atəş açmayın. Daha sonra İlhamı qarın nahiyəsindən vurublar. Daxili orqanları tamamilə parçalanmışdı".

İlham Allahverdiyevin həyat yoldaşı Fərizənin ölümü də Elxan Allahverdiyevin yaddaşında dərin iz buraxıb.

"Fərizəni də qoruya bilmədilər. Səhərə yaxın mənim oğlum Əjdərin üzündən öpərək üstünü örtüb, daha sonra otaqdan çıxıb və İlhamın toy kostyumunu yatağın üstünə qoyub. Qalstukunu taxıb, canlı İlham yaratmaq istəyib. Sonra da həyatına son qoyub. Fərizənin ölümü mənə dağ çəkdi", - deyə o qeyd edib.

 

Bizə qoşulun