Medianews.az
Tikinti materialları oğurlayan yeniyetmələr saxlanıldı -
71 baxış

Tikinti materialları oğurlayan yeniyetmələr saxlanıldı - VİDEO

Gəncədə tikinti materialları oğurlayan yeniyetmələr ələ keçirilib

Daxili İşlər Nazirliyindən Medianews.az-a bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan müxtəlif növ tikinti materiallarını oğurlamaqda şübhəli bilinən yeniyetmələr saxlanılıblar.

Araşdırmalarla onların oğurladıqları tikinti materiallarını satdıqları və qazancı aralarında böldükləri məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizə qoşulun