Qətərdə yerləşən Ras-Laffan sənaye şəhəri raket hücumuna məruz qalıb.
Musavat.com xəbər verir ki, hadisə ilə bağlı görüntülər ilk dəfə olaraq “Al-Jazeera” telekanalı tərəfindən yayımlanıb.
Məlumata görə, İran tərəfindən atıldığı iddia olunan raketlər ölkənin əsas qaz mərkəzlərindən biri sayılan Ras-Laffan ərazisinə düşüb. Zərbələr nəticəsində kritik enerji infrastrukturu ciddi ziyan görüb.
Hadisənin dünya qaz bazarına da təsir etdiyi bildirilir. Ekspertlər hesab edir ki, belə hücumlar qlobal enerji təchizatında qeyri-sabitliyə və qiymət artımına səbəb ola bilər.
Rəsmi qurumlar hələlik itkilərin miqyası və mümkün nəticələrlə bağlı ətraflı məlumat açıqlamayıb.