Medianews.az
Təranə Qumral vəsiyyətini
51 baxış

Təranə Qumral vəsiyyətini AÇIQLADI

Müğənni Təranə Qumral "Günə Uğurla" proqramında ilk dəfə canlı efirdə vəsiyyəti ilə bağlı açıqlama verib.

Onun sözləri studiyada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İfaçı bildirib ki, dünyasını dəyişəcəyi gün üçün heç bir təmtəraqlı yas mərasimi istəmir:

"Mən öləndə təmtəraqlı yas mərasimləri, cümə axşamları lazım deyil. Gələn-gedən olmasın. Bir də sinəyə mərmər daş qoyurlar, onu da istəmirəm. Mənim sinə daşım olmasın. Efir vasitəsilə bunu ilk dəfə deyirəm".

Təranə Qumral əlavə edib ki, insanın nə vaxt dünyasını dəyişəcəyini yalnız Allah bilir və yas mərasimlərində bəzi halların onu narahat etdiyini vurğulayıb:

"Çox yaslar görmüşəm ki, gəlib evdə nəsə səhv axtarırlar. Yaxşısı budur, rəhmətə gedəni basdırıb gəlin, oturun. Dərd sizindir".

Onun bu sözləri cəmiyyətdə fərqli reaksiyalar doğurub. Bəziləri sənətçinin sadəlik tərəfdarı olduğunu dəstəkləyib, digərləri isə yas ənənələrinin qorunmasının vacibliyini qeyd edib.

Bizə qoşulun