Medianews.az
Teleqram
43 baxış

Teleqram Rusiyada qadağan edilə bilər

Rusiya Teleqramın fəaliyyətini məhdudlaşdırmaq üçün hərəkətə keçib. 

Medianews.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Dövlət Dumasının Ailə müdafiəsi üzrə komitə sədrinin müavini Vitali Milonov Teleqramın qurucusu Pavel Durovu messencerin fəaliyyətindəki pozuntuların qarşısını almamaqda ittiham edib:

“İstənilən məhdudiyyət kədərli bir hekayədir. Mən səmimi şəkildə istərdim ki, məhdudiyyətlər az olsun. Durova və Teleqramın administrasiyasına istifadəçilərə qarşı qeyri-qanuni təsir cəhdlərinin və dələduzluq hallarının qarşısını almağa nə mane olur? Onlar buna imkan verməyə bilərlər. Necə etməyi bilirlər, amma nədənsə bunu şüurlu şəkildə etmirlər”.

Bizə qoşulun