Medianews.az
iOS 26.3 yeniləməsi təqdim edildi -
50 baxış

iOS 26.3 yeniləməsi təqdim edildi - Hansı yeniliklər olacaq?

“Apple” öz cihazları üçün iOS 26.3 yeniləməsini təqdim edib.

Medianews.az xəbər verir ki, yeniləmə ilə istifadəçilər artıq aşağıdakı yeniliklərdən isttifadə edə biləcəklər.

1. Androidə keçid: İstifadəçilər “iPhone”dakı foto, video, mesaj və qeydləri kablosuz olaraq Android cihazına köçürə biləcəklər.

2. Şəbəkələrdə gizlilik: Operatorlar istifadəçinin tam ünvanını deyil, yalnız yerləşdiyi məhəlləni görə biləcək.

3. Avropa Birliyinə xüsusi aksesuar dəstəyi: AB qaydalarına əsasən, “iPhone” bildirişləri artıq yalnız “Apple Watch”a deyil, həm də üçüncü tərəf geyilə bilən cihazlara göndərilə bilər.

4. Divar kağızı və mesajlaşma yenilikləri: Divar kağızı bölmələri yenidən tənzimlənib, RCS mesajlaşma üçün yeni şifrələmə hazırlanır.

Bizə qoşulun