Medianews.az
"Təhqir yazanı polis tapdı,
78 baxış

"Təhqir yazanı polis tapdı, 63 yaşında kişi imiş"

"Elə sözlər yazırlar ki, məcbur qalıb hüquq-mühafizə orqanlarına şikayət edirsən. Tapıb həmin adamı qarşında əyləşdirirlər. Baxırsan ki, 63 yaşında bir kişidir. Başıma gəlib. Ünvanıma elə təhqir yazmışdı ki, elə bil məni gözləri ilə görüb. Şəkəri də var idi. Məndən üzr istədi. Özüm də pis oldum. Hərəsi bir bəhanə gətirir ki, guya əsəbi idilər, şəkəri qalxıb".

Medianews.az xəbər verir ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova "Öz aramızda" verilişində deyib. O, sosial şəbəkələrdə onu təhqir edən şəxsləri polisə şikayət etdiyini açıqlayıb:

"Yaxşı ki, qanunlar var, belə şeylər artıq çərçivəyə salınır. Biz aktrisayıq, nə yazılırsa, onu da oynayırıq. İstəyirik ki, bütün xəyanətlər pərdə arxasında qalsın. Yüngül həyat tərzi sürən bir qadını oynamışdım, gözəl rəylər də var idi. Bununla yanaşı, çirkablı rəylər də yazılırdı.

Əmin olun ki, bunları yazan kişilərin ailəsində də əxlaqsız qadınlar var. Bəziləri isə bəlkə də bunu tapşırıqla edir".

Bizə qoşulun