İran daxilində böyük rezonans doğura biləcək iddia yayılıb.
Medianews.az xəbər verir ki, bəzi media mənbələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirlərindən biri – İsmayıl Qaaninin edam edildiyini yazır.
Məlumata görə, o, guya İsrailin “Mossad” kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinib. İddialarda Qaani “Mossadın ən yüksək rütbəli agenti” kimi təqdim olunur və onun SEPAH-ın elit bölməsi sayılan “Əl-Qüds” qüvvələrinə rəhbərlik etməsi xüsusi vurğulanır. Xatırladaq ki, Qaani bu vəzifəyə 2020-ci ildə ABŞ əməliyyatı nəticəsində öldürülən general Qasım Süleymanidən sonra gətirilmişdi.
Mənbələr bu versiyanı əsaslandırmaq üçün bir neçə hadisəni misal gətirir:
Sentyabr 2024
Qaani Beyrutda “Hizbullah” rəhbərliyinin qapalı iclasını vaxtından əvvəl tərk edir. Bir neçə dəqiqə sonra bunker raket zərbəsi ilə məhv edilir. Hücum nəticəsində Həsən Nəsrullah və bir neçə komandir həlak olur.
İyun 2025
General SEPAH qərargahını təcili tərk edir. Qısa müddət sonra həmin bina İsrailin dəqiq zərbəsinə məruz qalır və çoxsaylı itkilər qeydə alınır.
2026-cı il
İddialara görə, o, İranın ali dini liderinin iqamətgahını növbəti hücumdan az əvvəl tərk edib.
Bəzi mənbələr bildirir ki, Qaaninin edamı açıq şəkildə həyata keçirilməyib. İddiaya görə, ona özünü güllələməyə icazə verilib.