Türkiyənin İstanbul şəhərinin Göktürk bölgəsində baş verən ağır yol qəzasında iş adamı Derya Üzüm həyatını itirib.
Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Eyüpsultan rayonunun Göktürk Mərkəzi məhəlləsində qeydə alınıb.
Məlumata görə, yolu keçməyə çalışan 46 yaşlı Derya Üzüm yanacaqdoldurma məntəqəsindən çıxaraq küçəyə dönən Umut Ç.-nin idarə etdiyi avtomobil tərəfindən vurulub.
Zərbənin təsirindən yerə yıxılan Üzüm baş nahiyəsindən ağır xəsarət alıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralıya ilkin yardım göstərildikdən sonra o, Seyrantepe Hamidiye Təlim və Araşdırma Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qəzadan sonra sürücü Umut Ç. polis tərəfindən saxlanılıb. Daha sonra məhkəməyə çıxarılan sürücü “səhlənkarlıqdan adam öldürmə” maddəsi ilə həbs olunub.
Hadisə anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.
Derya Üzüm üçün Fatih Məscidində əsr namazından sonra vida mərasimi keçirilib. Mərasimdə ailə üzvləri, yaxınları və dostları iştirak ediblər. İş adamının nəşi daha sonra Bahçeköy qəbiristanlığında torpağa tapşırılıb.
Medianews.az




