Rusların 41%-i ofisdə ən yaxşı antidepressantın maaş artımı olduğuna inanır.
Demokrat.az xəbər verir ki, bu barədə “Pioneer”in araşdırmasında qeyd olunur.
Məqalədə qeyd olunur ki, başqa variantlar da var. Belə ki, respondentlərin yarıdan çoxu tətili seçir və təxminən 20%-i idmanla məşğul olmaq və ya teatr və muzeylərə getməklə işin stressini aradan qaldırmağa çalışır.
Araşdırmada həmçinin qeyd olunub ki, stressin əsas mənbələri aşağı maaş, karyera inkişafında irəliləyişin olmaması və işçilərin həmkarları ilə münaqişələridir.(bizim.media)
18.04.2026, 07:09
90
baxış
Zara Editor