Məşhur animasiya "Simpsonlar" hər il olduğu kimi bu dəfə də gələcəyə dair kəhanələri ilə gündəmə gəlib.
Animasiyada 2026-cı il 9 fevral tarixində ən az 72 saat işıqların sönəcəyi və bunun qlobal xarakter daşıyacağı əks olunub.
"Simpsonlar"ın kəhanələri əvvəllər də bir çox real hadisələrlə üst-üstə düşdüyü üçün izləyicilər arasında geniş müzakirələrə səbəb olub.
Hətta bəzi istifadəçilər ehtiyat tədbirləri görməyi tövsiyə ediblər./Mili.az/
