Medianews.az
Şimal bölgəsində ən çox qar bu kəndə yağıb
104 baxış

Şimal bölgəsində ən çox qar bu kəndə yağıb

Azərbaycanın şimal bölgəsində ən çox qar Qubanın Qırız kəndinə yağıb. Burada qarın hündürlüyü 16 santimetrə çatır.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şimal rayonlarında ən aşağı temperatur (-11 dərəcə) Qubanın Xınalıq kəndində qeydə alınıb.

Hazırda bütün şimal bölgəsində qar yağmaqda davam edir.

Güclü qar yağması səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.

Yollarda çətinlik yaşanan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarələrinin növbətçi briqadaları, həmçinin yol polisi əməkdaşları cəlb olunur.

Hazırda Quba-Qusar, həmçinin Quba-Xınalıq yollarında ağır texnika ilə təmin edilən növbətçi briqadalar fəaliyyət göstərir. Bununla belə təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Xınalıq yolundan istifadəsi tövsiyə olunmur.

Bizə qoşulun