Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, Serbiya Avropa ilə Rusiya arasında potensial münaqişədə öz tərəfindədir.
Medianews.az Lenta.ru-ya istinadən bu barədə xəbər verir.
Serbiya liderinin sözlərinə görə, dünya hazırda böyük bir münaqişənin astanasındadır və Serbiyanın məqsədi sülhü qorumaq və iqtisadiyyatını inkişaf etdirməkdir.
Vuçiç xatırladıb ki, Birinci Dünya Müharibəsi zamanı respublika əhalisinin təxminən 29 faizini itirib.
O bildirib ki, döyüşməyəcəklər, əksinə ordunu gücləndirəcəklər. Eyni zamanda insanların özlərini sakit hiss etmələri üçün, güclü olmaq üçün çoxlu sistem alacaqlar.
Medianews.az