Biokimyaçı Maria Ernandes portağal şirəsinin ən zərərli içkilərdən biri ola biləcəyini bildirib.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, portağal şirəsi çoxlu miqdarda şəkər ehtiva edir və bu baxımdan hətta qazlı içkilərə bənzəyir.
200 millilitr şirə hazırlamaq üçün təxminən üç portağal istifadə olunur və hər birində orta hesabla 12 qram şəkər var.
Mütəxəssis qeyd edib ki, şirə yerinə bütöv meyvə yemək daha faydalıdır. Çünki meyvədə olan liflər şəkərin orqanizmə daha yavaş sovrulmasına kömək edir.
O həmçinin xatırladıb ki, Ümumdünya Səhiyyə Təşkilatı da meyvə şirələrinin həddindən artıq istifadəsini məhdudlaşdırmağı tövsiyə edir.
Medianews.az