Cənubi Koreyanın "Samsung" korporasiyası tullantılardan hazırlanmış elektron kağız əsaslı displeyin (ekran) yaradıldığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Şirkət 13 düymlük "Samsung Color E-Paper" displeyini təqdim edib. Qurğunun korpusu fitoplanktondan əldə olunan biosmoldan hazırlanıb. "Samsung"un açıqlamasına görə, ekranın tərkibinin 45 faizi təkrar emal olunmuş tullantılardan ibarətdir. Qablaşdırma da eyni materialdan istehsal olunub.
2Samsung Color E-Paper" 4:3 tərəf nisbətində 1600x1200 piksel təsvir ölçüsünə malik 13 düymlük matrisaya sahibdir. Şirkət nümayəndələri bildiriblər ki, ölçülərinə görə ekran A4 formatlı kağızla müqayisə edilə bilər.
Qurğu akkumulyatorla təchiz olunub və USB-C portu vasitəsilə enerji yığır. Bundan başqa, statik vəziyyətdə displey sıfır vatt enerji sərf edir.
"Kkağız qədər nazik olan bu displey qabaqcıl rəqəmsal mürəkkəb texnologiyasından istifadə edir və ultra aşağı enerji sərfiyyatı ilə müəssisələr üçün ənənəvi çap edilmiş lövhələrə praktik alternativ təklif edir”, - "Samsung"dan bildiriblər.
Displeyin bazara çıxma tarixi və qiyməti hələ açıqlanmayıb.