Məşhur rusiyalı bloger Lerçekə (əsl adı Valeriya Çekalina) dördüncü mərhələdə mədə xərçəngi diaqnozu qoyulub.
Medianews.az xəbər verir ki, həkimlər aparılan müayinələrdən sonra ağır diaqnozu təsdiqləyiblər.
Bu barədə məlumatı blogerin sevgilisi Luis Skviççiarini verib.
Onun sözlərinə görə, Valeriya sabah – martın 14-dən etibarən kimyaterapiya müalicəsinə başlayacaq. Luis bildirib ki, bu ağır dönəmdə blogerin ailəsi də daim onun yanında olacaq və ona dəstək verəcək.
Skviççiarini əlavə edib ki, xəstəliyin onurğa və ayaqlara yayıldığı müəyyən edilib, həmçinin ağciyərlərdə də yayılma ehtimalının olduğu bildirilir.
Sevgilisi sosial şəbəkədə yazdığı paylaşımda Valeriyaya dəstəyini belə ifadə edib:
“Biz təslim olmayacağıq. Bu mübarizəni birlikdə aparacağıq. Nə qədər lazımdırsa, səni qucaqlayacağam və bu çətin yolun hər addımında sənin yanında olacağam”.
Medianews.az
