Medianews.az
Sabiq icra başçıları da amnistiyaya düşəcək? -
76 baxış

Sabiq icra başçıları da amnistiyaya düşəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Məclisdə amnistiya aktı müzakirəyə çıxarılacaq. Bəs hazırda həbsdə olan sabiq icra başçıları da amnistiyaya düşə bilərmi?

Bu barədə Ajans.az-a danışan hüquqşünas Tağı Hüseynov deyib ki, Azərbaycanda amnistiya siyasəti həmişə olub. Bu da ölkənin humanizm yanaşmasından irəli gəlir:

“Amnistiyada konkret adlar olmur, sadəcə hansı işlərə amnistiya olacaq, onlar qeyd olunur. Ona görə də hazırda konkret hansısa sabiq icra başçısına aid olub-olmayacağını demək olmaz. Hələ istintaq araşdırmaları gedir, bilmirik onlarla bağlı hansı hökm çıacaq. Bu çox incə məsələdir, ona görə heç kim deyə bilməz ki, hansı icra başçısına aid ediləcək, ya yox. Qərar çıxandan sonra məlum olacaq ki, amnistiya hansı cinayəti törədənlərə aid olacaq”.

Bizə qoşulun