"Sabah" klubu qapıçısı Nicat Mehbalıyevlə yollarını ayırıb.
Medianews.az "Report"-a istinadən xəbər verir ki, bu barədə ölkə çempionu məlumat yayıb.
26 yaşlı qolkiperin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib.
Xatırladaq ki, Nicat Mehbalıyev 2021-ci ildən "Sabah"da çıxış edib.