Sabah paytaxtın Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
"Azəriqaz"dan verilən məlumata görə Binəqədi rayonunda korroziyaya uğramış qaz xəttinin ləğv olunması və yeni çəkilmiş yerüstü xəttin mənbəyə qoşulması, Sabunçu rayonunda qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar 11.12.2025-ci il saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.