Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Pravoberejni bazarında güclü yanğın baş verib.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə zamanı ardıcıl partlayış səsləri eşidilib. Partlayışlara bazar ərazisində olan qaz balonlarının detonasiyasının səbəb olduğu bildirilir.
Hadisə zamanı 2 nəfər xəsarət alıb. Bir qadın dəm qazından zəhərlənib, kişi isə alovdan xilas olmaq üçün binanın ikinci mərtəbəsindən tullanıb.
Ölkənin Fövqəladə Hallar Nazirliyi bazardan insanların təxliyə edildiyi barədə məlumat yayıb.
Yanğın 1500 kvadrat metr ərazini əhatə edir. 26 texnikadan istifadə edən 96 yanğınsöndürən alovları söndürür.
Yanğının səbəbləri araşdırılır.