ABŞ-də Massaçusetsdən olan rəssam insanların bədən hissələrini satdığını etiraf edib.
Medianews.az xəbər verir ki, 46 yaşlı Katrina Maklin 2023-cü ildə həbs edilib.
Onun “Kat's Creepy Creations” adlı mağazasında əsl insan qalıqlarından istifadə edilən kuklalar tapılıb.
İstintaq müəyyən edib ki, Maklin 2018-ci ildən 2022-ci ilə kimi Harvard Tibb Məktəbindən oğurlanmış qalıqları alıb satırmış. O, həmçinin Massaçusetsdən Pensilvaniyaya insan bədən hissələrini daşımaqda günahlandırılıb.
Qalıqları tibb fakültəsinin meyitxanasına rəhbərlik edən Sedrik Lodc oğurlayıb. Onların hamısı tədqiqat üçün məktəbə verilirdi.
Lodca oğurlanmış qalıqları Bostondan Nyu-Hempşir ştatının Qofstaun şəhərindəki evinə daşıyıb. Burada o, həyat yoldaşı ilə birlikdə telefon və sosial media vasitəsilə əməliyyatlar barədə danışıqlar apararaq, qalıqları Katrina Maklin və başqalarına satıb.
Cütlük cinayət alveri şəbəkəsinin digər iştirakçıları kimi artıq təqsirli olduqlarını etiraf ediblər.
Maklini 10 ilə qədər həbs və böyük məbləğdə cərimə gözləyir.
Medianews.az