Medianews.az
"Real Madrid" İspaniya La Liqasında
118 baxış

"Real Madrid" İspaniya La Liqasında rekord müəyyənləşdirdi

"Real Madrid" klubu İspaniya La Liqasının 24-cü turunun oyununda "Real Sosyedad"ı 4:1 hesabı ilə darmadağın edərək turnirin rekordunu müəyyənləşdirib.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, madridlilər görüşdə dörd qoldan ikisini penaltidən vurublar - Vinisius Junior dublunu rəsmiləşdirib.

Cari çempionatın ilk 24 turunda "Real Madrid" futbolçuları artıq 13 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetirib ki, bu da turnirin yeni rekordudur.

Bundan əvvəlki ən yüksək göstərici 1950/51 və 2015/16 mövsümlərində 12 penalti vuran "Barselona"ya məxsus idi.

Bizə qoşulun