Prezident Administrasiyasının ev dustaqlığında olan sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı daha bir maraqlı detal üzə çıxıb. Bu dəfə söhbət uzun illər Azərbaycan siyasi elitasında mühüm fiqur olmuş Ramiz Mehdiyevin geyindiyi brenddən gedir.
Modern.az-ən əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev geyimlərinin bir hissəsini Türkiyədən alırmış. Söhbət İstanbul şəhərində yerləşən tanınmış ticarət məkanlarından birindən gedir. Həmin ünvan Eminönü ərazisində yerləşən kişi geyim mağazasıdır.
Mağaza "Yusuf" kişi geyim mağazası kimi tanınır. Bu dükan Eminönü ticarət mərkəzində fəaliyyət göstərir. Mağaza həm yerli sakinlər, həm də xarici müştərilər arasında məşhurdur.
Məsələ ilə bağlı mağazanın əməkdaşı, milliyətcə çərkəz Atilla bildirib ki, zamanla Ramiz Mehdiyev geyimlərini məhz onlardan alıb.
Satıcının dediyinə görə, alışlar təsadüfi olmayıb. Ramiz Mehdiyev bu mağazadan davamlı şəkildə Azərbaycana geyim gətirdirmiş. Hətta alışların həcmi də diqqətçəkən olub. Belə ki, bir dəfəyə 50-yə yaxın kostyum və köynək alınıb.
Bu qədər böyük alış mağaza əməkdaşlarının da yaddaşında qalıb. Satıcı Atilla qeyd edib ki, bu cür müştərilər nadir hallarda olur.
Mağazada əsasən klassik üslubda kişi geyimləri satılır. Keyfiyyət və parça seçimi isə alıcılar üçün əsas üstünlüklərindən sayılır. Məhz bu amil Ramiz Mehdiyevin də seçimində rol oynayıb.

26.12.2025, 10:56
245 baxış
Azad