Medianews.az
Rafael Hüseynov istefa verərsə...
367 baxış

Rafael Hüseynov istefa verərsə...

Milli Məclis sədrinin müavini Rafael Hüseynovun üzvü olduğu Vətəndaş Həmrəyliyi Partiyasını tərk edəcəyi xəbəri yayılıb. Medianews.az bildirir ki, bu halda parlamentin siyasi tərkibi yenilənəcək.

Rafael Hüseynov 2000, 2005, 2010, 2015, 2020 və 2024-cü illərdə Milli Məclisin deputatı seçilib. Sədr müavini postunu 2024-cü il sentyabrın 23-dən tutur.

2024-cü il sentyabrın 1-də seçilmiş indiki Milli Məclisin 124 deputatı var.

Yeni Azərbaycan Partiyası 67, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ədalət, Hüquq, Demokratiya Partiyası, Böyük Azərbaycan Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası 1, partiyasız şəxslər 45 mandatla təmsil olunur.

Milli Məclis 125 nəfərdən ibarətdir. 2025-ci ildə Yeni Azərbaycan Partiyasından bir deputatın mandatına xitam verilib, bir deputat isə Ədalət, Hüquq, Demokratiya Partiyasını tərk edib.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun