“Qırmızı kürünün tərkibində yüksək duz tərkibi olduğuna görə az miqdarda - gündə 20-30 qramdan çox olmayaraq istehlak edilməsi tövsiyə olunur”.
Medianews.az xəbər verir ki, bunu diyetoloq Antonina Starodubova deyib.
Mütəxəssis həmçinin qeyd edib ki, kürü zülal, polidoymamış yağ turşuları, lesitini, D, A, E və B12 vitaminləri, eləcə də fosfor, sink, selen və dəmir kimi mineralların əla mənbəyidir.
Starodubova əlavə edib ki, kürü sendviçləri yeyərkən Yeni il menyusundakı yüksək kalorili və duzlu yeməklərin ümumi sayını nəzərə almaq, mülayimliyə riayət etmək və həddindən artıq yeməkdən çəkinmək vacibdir.
Medianews.az