Medianews.az
Qəhvəni bu vaxt içənlər daha çox yaşayır –
174 baxış

Qəhvəni bu vaxt içənlər daha çox yaşayır – ARAŞDIRMA

Qəhvəni səhər saatları içmək, gün ərzində içməkdən daha sağlam hesab olunur.

Medianews.az xəbər verir ki, bu qənaətə ABŞ-nin Tulane Universitetinin alimləri gəlib.

Tədqiqatçılar təxminən on il ərzində 40.000-dən çox böyükləri izləyib, onların vərdişlərini, pəhrizlərini və sağlamlığını öyrəniblər. İştirakçılar iki qrupa bölünüb: yalnız səhər qəhvə içənlər və gün ərzində içənlər.

Nəticələr göstərib ki, səhər fincanını içənlər daha uzun yaşayır. Onlarda ürək-damar xəstəlikləri riski 31% azdır. Gün ərzində qəhvə içənlər isə belə bir təsir göstərmədilər - əslində onların yuxu problemi olduğu aşkar edilib.

Medianews.az

Bizə qoşulun