Medianews.az
“Qarabağ” qəribə komandadır, "Qalatasaray"ı...
1,053 baxış

“Qarabağ” qəribə komandadır, "Qalatasaray"ı...

"Qarabağ" "Qalatasaray"la Bakıda oynasa, qalib gələr. İstanbulda isə "Qalatasaray"ın "Qarabağ"ı məğlub edə biləcəyini deyə bilmərəm. "Qarabağ" məğlub olmaya bilər. "Qarabağ" həm evində, həm səfərdə "Beşiktaş" və "Fənərbağça"nı məğlub edər. Qəribə komandadır.

Bu sözləri türkiyəli məşhur futbol şərhçisi Ertem Şener deyib.

O qeyd edib ki, "Qarabağ" İstanbulda "Qalatasaray"ı məğlub etsə, sürpriz olmaz. Öz meydanında isə dəqiq "Qarabağ" qalib gələr. "Qarabağ" Çempionlar Liqasında 6 xalla 6-cı yerdədir. "Benfika"nı səfərdə, "Kopenhagen"i isə öz meydanında məğlub edib. (Axar.az)

Bizə qoşulun