"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlir.
Medianews.az-ın məlumatına görə, matç saat 21:45-də start götürəcək. Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sonuncu - 36-cıdır.