Təcrübəli yarımmüdafiəçi Qara Qarayev "Araz Naxçıvan"ı tərk edib.
Publika.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Qaranın müraciətini nəzərə alan klub rəhbərliyi ona xidmətlərinə görə təşəkkür edib, mövsümün sonuna qədər olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü olan Qara Qarayev ötən ilin oktyabrından "qırmızı-ağlar"ın heyətində çıxış edirdi.