Medianews.az
Putinin iki zəngi –
144 baxış

Putinin iki zəngi – Mənası nədir?

Rusiya Prezidenti Vladimir Putin gün ərzində bir-birinə düşmən olan iki ölkənin lideri – İsrail baş naziri Benyamin Netanyahu və İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb.

Politoloq Elxan Şahinoğlu Medianews.az-a açıqlamasında vurğulayıb ki, Putin bununla ətraf aləmə “mən də varam” demək istəyib: “Vladimir Putin Netanyahuya “Rusiya vasitəçilik səylərini davam etdirməyə və bütün maraqlı dövlətlərin iştirakı ilə konstruktiv dialoqu təşviq etməyə hazırdır”, Məsud Pezeşkiana isə “gərginliyin azaldılması üçün səyləri davam etdiririk” deyib. Gəlişigözəl sözlərdən başqa bir şey deyil.

Birincisi, Rusiya Ukrayna müharibəsində elə ilişib qalıb ki, başqa problemlərin həllinə nə zamanı, nə də diplomatik resursları qalıb. Putin ABŞ-ın Venesuelanı nəzarətə götürməsinə səssiz qaldı, İranla bağlı da fəallığı yox dərəcəsindədir.

Kremlin ruporu Vladimir Solovyov Rusiyanın Ermənistanı nəzarətə götürməsi vacibliyini söyləsə də, Ermənistan “Tramp yolu”nu reallaşdırmaqla ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsinə şərait yaradıb”.

Medianews.az

Bizə qoşulun