Rusiya Prezidenti Vladimir Putin ruslara qarşı kimyəvi silahdan istifadə etməyə hazırdır.
Medianews.az xəbər verir ki, bu sözləri Fransa xarici işlər naziri Jan-Noel Barro Kremlin tənqidçisi Aleksey Navalnının zəhərlənib ölməsi barədə Qərb ölkələrinin son bəyanatını şərh edərkən deyib.
Qeyd edək ki, Britaniya, Fransa, Almaniya, İsveç və Niderland hökumətləri ortaq bəyanat yayaraq, Navalnının iki il əvvəl həbsxanada ölümcül zəhərlə zəhərləndiyini bildiriblər.
Rusiyalı müxalifətçi və Putinin sərt tənqidçisi Navalnı 16 fevral 2024-cü ildə cəza çəkdiyi həbsxanada 47 yaşında ölüb.