Medianews.az
“Pravda”nın Azərbaycan yalanı
73 baxış

“Pravda”nın Azərbaycan yalanı

Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının dekabrın 22-də Sankt-Peterburqda keçirilən qeyri-rəsmi zirvə toplantısında iştirak etməməsinin səbəbi aydın izah edilsə də, Rusiyanın bəzi media təsisatları bu mövzu ətrafında yalanlar tirajlayırlar.

Yada salaq ki, Prezident Administrasiyasından bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasına üzv olmadığı üçün iştirak etməyib. MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi zirvə görüşünə isə iş qrafikinin sıxlığına görə iştirak etməyib. Prezident İlham Əliyev bu il oktyabrın 9-10-da Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində istər ikitərəfli, istərdə də çoxtərəfli müstəvidə keçirilmiş görüşlər səmərəli olub.

Musavat.com xəbər verir ki, Rusiyanın Pravda.ru saytı İlham Əliyevin Sankt-Peterburqa getməməsinə siyasi don geyindirməyə çalışıb. Öncə Azərbaycandakı mənbələrə istinadən qeyd olunur ki, Bakının “MDB ilə yox, daha çox Moskva ilə problemi var”. Belə ki, Rusiya tərəfi AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırılmasında “üzərinə düşəni etməməkdə” günahlandırlır. “Pravda” isə iddia edir ki, “Əliyevin demarşının səbəbi onun NATO-ya üzv olmaq istəyidir”.

Sayt iddia edir ki, Bakı təyyarə qəzası ilə bağlı guya rəsmi hesabatı gözləmək istəməyərək “Moskvaya qarşı demarşının səbəbi daha dərindədir: “Əliyevin demarşının səbəbləri daha dərindədir, daha doğrusu, onun NATO ilə yaxınlaşmağa çalışması və əsas regional oyunçu kimi mövqe tutmasıdır. 2025-ci il noyabrın 6-da Bakı rəsmi olaraq elan etdi ki, Azərbaycan ordusu NATO standartlarına tam uyğunlaşma prosesindədir. Bu, təkcə silahlara deyil, həm də komanda strukturuna, təhsilə və doktrinaya aiddir. Bu yaxınlarda Azərbaycanda “NATO günləri” keçirilib və burada ölkənin alyans əməliyyatlarında geniş iştirakı müzakirə edilib”. “Pravda” heç kimə sirr olmayan Azərbaycan-NATO əlaqələrindən Rusiyaya yeni düşmən obrazı yaratmaq niyyətini gizlətmir. “Əliyev NATO-ya üzvlük üçün müraciət edən kimi Moskvanın barışdırıcı mövqeyi kəskin şəkildə dəyişəcək” deyə, qeyd olunur.

dushenbede-prezident-ilham-eliyev-ile-vladimir-putinin-tekbetek-gorushu-olub-sherh

Yola salmağa hazırlaşdığımız il Azərbaycan-NATO əməkdaşlığı üçün həqiqətən də əlamətdar il olub. oldu. Bu əməkdaşlıq özündə yalnız hərbi sahəni əhatə etmir, həm də strateji tərəfdaşlıq, humanitar təhlükəsizlik və regional sabitlik aspektlərini birləşdirir.

Bu ilin əvvəlində müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev NATO mənzil qərargahına səfər edib. Fevral ayında isə ölkəmizin ilk dəfə Dəniz Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzinə (DGMM/MARSEC COE) üzv qəbul edilməsi ilə bağlı texniki saziş imzalanıb. Prezidentin köməkçisi Hikmət Hacıyev sentyabr və noyabr aylarında NATO mənzil-qərargahına səfər edib. Sentyabr ayında Azərbaycan NATO-nun əsas mülki fövqəladə halların idarə edilməsi üzrə təlimi olan “BULGARIA 2025" təlimində iştirak edib. Noyabr ayında NATO-nun Şimali Atlantik Şurası (ŞAŞ) səfirlərindən ibarət nümayəndə heyəti ilk dəfə olaraq Azərbaycana səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Prezident İlham Əliyevlə də görüşüblər.

Bugünlərdə isə “NATO-nun 16 günü” çərçivəsində Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi, kontr-admiral Yusuf Karagüllenin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. Məlum olub ki, NATO Baş katibinin müavini Radmila Şekerinska yanvar ayında Azərbaycana səfər edəcək.

Onu da xüsusi qeyd edək ki, Azərbaycan-NATO əlaqələri bu il ərzində Rusiyanın xüsusi diqqətində olub, Kremlə yaxın media bu münasibətlərə qarşı qərəzli mövqeyi ilə seçilib. “Pravda”nın son yalanı da bunu bir daha sübut edir.

Bizə qoşulun