“Kreml, Rusiya lideri Vladimir Putin ilə amerikalı həmkarının xüsusi nümayəndəsi Stiven Vitkov arasındakı görüşdən əvvəl Ukraynadakı münaqişənin həlli üçün ABŞ ilə danışıqların hazırkı mərhələsi barədə şərh verməyəcək”.
Medianews.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü bildirib ki, danışıqların mərhələsi ilə bağlı heç bir şərh vermək istəmirlər.
Peskov vurğulayıb ki, Moskva Amerika tərəfinin, xüsusən də ABŞ prezidenti Donald Trampın Ukraynada sülhün bərqərar olması səylərini yüksək qiymətləndirir.
Medianews.az