Dünyaca məşhur yutuber "MrBeast" (əsl adı Cimmi Donaldson) bir vaxtlar "Walmart" supermarketlər şəbəkəsindən qovulduğunu etiraf edib.
Medianews.az xəbər verir ki, bloger bu barədə komediya ustası Stiv-O-nun podkastında danışıb:
“Bir nəfər səndən şəkil çəkdirməyi xahiş edir, razılaşırsan, telefonunu anasına ötürməsinə icazə verirsən və hər şey normal görünür. Amma sonra "Walmart"ın ortasında fəlakət başlayır. Hamı növbəyə düzülür və vəziyyət nəzarətdən çıxır”.
Bloger qeyd edib ki, insanlar nəzarətsiz şəkildə toplaşmağa başlayandan sonra mağaza işçiləri onu marketdən çıxarıblar.