Pakistanın paytaxtı İslamabadda məscidlərdən birində güclü partlayış baş verib.
KONKRET.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında, insanların namaza toplandığı vaxt paytaxtın cənub-şərqində yerləşən “Xədicətül-Kübra” məscidində qeydə alınıb.
İlkin məlumatlara görə, partlayış nəticəsində azı 10 nəfər həlak olub, 80-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə çoxlu sayda təcili yardım briqadası və təhlükəsizlik qüvvələri cəlb olunub. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hüquq-mühafizə orqanları ərazini mühasirəyə alıb. İlkin ehtimala görə, hücum kamikadze tərəfindən törədilib. Hələlik heç bir terror qruplaşması hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.