Amerikalı nevroloq Sofiya Vanq qadınlara insultdan qoruyan pəhriz saxlamağı tövsiyə edib.
Medianews.az xəbər verir ki, Vanqa görə, Aralıq dənizi pəhrizi ürək-damar sağlamlığının qorunmasına kömək edir.
Bu qidalanma planı tərəvəz, meyvə, paxlalı bitkilər, zeytun yağı, qoz-fındıq və balıqlara üstünlük verir, eyni zamanda ət, süd məhsulları və spirtli içkilərin istehlakını məhdudlaşdırır.
Tədqiqatçılar 1995-ci ildən bəri Aralıq dənizi pəhrizinə riayət edən 105.000-dən çox qadını izləyirlər. 20 illik müşahidədən sonra onlar müəyyən ediblər ki, pəhrizə daha ciddi əməl edən qadınlarda hər hansı bir insult növü riski 18 faiz, işemik insult riski 16 faiz və hemorragik insult riski 25 faiz daha aşağıdır.
Aralıq dənizi pəhrizi xüsusilə yaşlı qadınlar üçün vacibdir.
Medianews.az