Pakistanın Pəncab əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” “Dawn” qəzetinə istinadən xəbər verir ki, yük və sərnişin daşıyan avtomobil duman səbəbindən kanala aşıb.
Hadisə nəticəsində aralarında qadın və uşaqların olduğu 14 nəfər həlak olub.
Ümumilikdə isə avtomobildə 23 nəfər olub.