Medianews.az
Danimarka ABŞ-yə qarşı
63 baxış

Danimarka ABŞ-yə qarşı ayağa qalxdı

Danimarka və Qrenlandiyada ABŞ-nin ada ilə bağlı planlarına qarşı kütləvi etiraz aksiyaları keçirilib.

Medianews.az  xəbər verir ki, paytaxt Kopenhagendə yüzlərlə nümayişçi şəhər meriyasının qarşısında toplaşaraq ABŞ səfirliyinə doğru yürüş edib.

Aksiya iştirakçıları “Qrenlandiyadan əllərinizi çəkin” şüarları səsləndirib, Vaşinqtonun ada üzərində təsirini artırmaq cəhdlərinə etiraz ediblər. Nümayişçilər demokratik prinsiplərə hörmət olunmasını və Qrenlandiya əhalisinin öz müqəddəratını təyinetmə hüququnun toxunulmaz qalmasını tələb ediblər.

Oxşar etiraz çağırışları Qrenlandiyanın özündə də səslənib. Aksiyaçılar adanın gələcəyi ilə bağlı qərarların yalnız yerli əhalinin iradəsi əsasında verilməli olduğunu vurğulayıblar.

Bizə qoşulun