Medianews.az
Yekaterinburqda azərbaycanlıların məhkəməsi başladı -
103 baxış

Yekaterinburqda azərbaycanlıların məhkəməsi başladı - FOTOLAR

Azərbaycanlılar üzərində ayrı-ayrılıqda üç proses gedir-Şahin Şıxlınskiyə ömürlük həbs cəzası vermək istəyirlər

Yekaterinburqda bir neçə ay əvvəl həbs edilmiş azərbaycanlıların məhkəməsi başlayıb.

Medianews.az  66.ru saytına istinadən xəbər verir ki, məhkəmələrdən biri 15 il əvvəl qətlə yetirilmiş sahibkar İkram Hacıyevlə bağlıdır.

Sayt cinayət işinin materiallarına istinadən iddia edir ki, İ.Hacıyev 50 min dollar müqabilində sifarişlə qətlə yetirilib. İş adamı günorta vaxtı qətlə yetirilib. Cinayət kameralar tərəfindən qeydə alınıb. Qatil ona arxadan yaxınlaşıb və başına atəş açıb. İş adamı 4 gün sonra xəstəxanada dünyasını dəyişib. İddia olunur ki, 15 il sonra isə iş adamının güman edilən qatilləri həbs olunublar.

Məlumata görə, Şahin Lalayev, Əhliman Gənciyev və Əziz Abbasov İkram Hacıyevin öldürülməsi məqsədilə üçüncü şəxs vasitəsilə icraçı cəlb ediblər. Hadisə 2011-ci ilin avqust ayında Yekaterinburq şəhərinin Sulimov küçəsi, 23 ünvanında gündüz saatlarında baş verib. Maraqlıdır ki, rusiyalı istintaqçılar qatilləri tapdıqlarını iddia etsələr də, cinayətin birbaşa icraçısını müəyyən edə bilməyiblər.

İstintaqın ilkin versiyasına görə, qətlin motivi Azərbaycan diasporu daxilində nüfuz uğrunda mübarizə və kommersiya fəaliyyətinə nəzarətin yenidən bölüşdürülməsi ilə əlaqəlidir.

Sayt azərbaycanlılarla bağlı daha iki məhkəmə barədə yazır. Söhbət Yekaterinburqda diasporun keçmiş rəhbəri Şahin Şıxlinski və oğlundan, eləcə də 2001–2011-ci illər ərzində törədilmiş digər ağır cinayətlərdə iştirakda ittiham olunan Səfərov qardaşlarından gedir. Bu işlər də iki ayrı icraat çərçivəsində aparılır. Bu qərar cinayət epizodlarının müxtəlifliyi ilə əsaslandırılır. 66.ru iddia edir ki, guya istintaq çərçivəsində həbs edilənlərdən biri Məzahir Səfərov cinayətdə iştirakını etiraf etdiyi və digər fiqurantlar barəsində ifadə verdiyi bildirilir.

Şahin Şıxlinskiyə gəlincə, o da sahibkar Yunus Paşayevin qətlində və Fəxruz Şirinova qarşı sui-qəsddə ittiham olunur. İstintaq orqanlarının məlumatına görə, sözügedən cinayətlərin motivi tərəflər arasında yaranmış maliyyə və təşkilati xarakterli münaqişələrlə bağlı olub. Bundan əlavə, Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski hüquq-mühafizə orqanı əməkdaşına qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur. Cinayət işinə əsasən, o, xidməti vəzifəsini yerinə yetirən “Rosqvardiya” əməkdaşını avtomobillə vurub.

Yanvarın 15-də Yekaterinburq şəhərinin Kirov Rayon Məhkəməsində Şahin və Mutvalı Şıxlinski, Səfərov qardaşları barəsində cinayət işinə baxmağa başlayıb. Mutvalı Şıxlinskinin vəsatətinə əsasən, onun işi ayrıca icraat üzrə və münsiflər heyəti olmadan araşdırıla bilər.

Eyni zamanda, Azərbaycan diasporunun yeni rəhbəri Vidadi Mustafayev barəsində dələduzluq faktı üzrə cinayət işi başlanıb. İstintaqın məlumatına görə, o, üçüncü şəxsdən “Porsche” markalı avtomobili əldə etmiş, lakin ödənişi həyata keçirməmişdir. Dəymiş maddi zərər 16 milyon rubl məbləğində qiymətləndirilir.

Beləliklə, Yekaterburqda azərbaycanlılar üzərtində ayrı-ayrılıqda üç məhkəmə işi gedir.

Yeri gəlmişkən, “Svobodnaya Pressa” nəşri də bu məhkəmə işləri ilə bağlı geniş material dərc edib, məhkəmə hökmü olmadan azərbaycanlıları mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham edən mövqe sərgiləyib.

Bizə qoşulun