Medianews.az
İçərisində 10 nəfərin olduğu
65 baxış

İçərisində 10 nəfərin olduğu təyyarə yoxa çıxdı

İndoneziyanın Cənubi Sulavesi əyalətində 7-si ekipaj üzvü olmaqla 10 nəfəri daşıyan təyyarə radarlardan itib.

Medianews.az xəbər verir ki, İndoneziya Hava Nəqliyyatı şirkətinə məxsus “ATR 42-500” təyyarəsindən gələn siqnal Cənubi Sulavesi əyalətinin Maros bölgəsində yoxa çıxıb.

Təyyarədə baş verən problemin mövcud hava şəraiti ilə bağlı olacağı ehtimal olunur.

Axtarış-xilasetmə işlərinə başlanılıb.

Bizə qoşulun