İranın Ali Lideri Əli Xamenei ABŞ prezidentinin hərəkətlərini kəskin tənqid edərək, onu İran xalqına qarşı itkilərə, dağıntılara və böhtanlara səbəb olmaqda ittiham edib.
Medianews.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
“Biz ABŞ prezidentini İran xalqına vurduğu itkilərə, ziyana və böhtana görə cinayətkar hesab edirik”, – deyə Xamenei bildirib.