Medianews.az
Pakistanda bazarda partlayış OLDU: Ölənlər var -
62 baxış

Pakistanda bazarda partlayış OLDU: Ölənlər var - VİDEO

Pakistanın şimal-qərbində yerləşən Lakki Mərvət rayonunda bazarda partlayış baş verib.

Partlayış nəticəsində azı 7 nəfər, o cümlədən 2 polis əməkdaşı və 5 mülki şəxs ölüb.

Məlumata əsasən, partlayış nəticəsində bir neçə nəfər də yaralanıb. Yaralıların dəqiq sayı hələ açıqlanmayıb.

Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Qeyd edilib ki, hadisə Pakistan-Əfqanıstan sərhədinə yaxın Xayber-Paxtunxva əyalətində qeydə alınıb. Bölgədə son illərdə tez-tez silahlı qruplaşmaların hücumları baş verir./milli.az/

Bizə qoşulun