2025-ci ildə 40 uşaq himayədar ailəyə verilib.
Oxu.Az-ın xəbərinə görə, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov DOST TV-nin efirində çıxışı zamanı deyib.
O bildirib ki, gələcəkdə bu sayın daha da artırılması istiqamətində işlər görülür:
"Maarifləndirici tədbirlər həyata keçirilir. Ötən dövrdə ümumilikdə 818 uşaq övladlığa verilib".