Medianews.az
Nüvə professorunu güllələdilər
137 baxış

Nüvə professorunu güllələdilər

Nüfuzlu Massaçusets Texnoloji İnstitutunun nüvə fizikası professoru Nuno Lureyru öz evində hücuma məruz qalıb.

Oxu.Az xəbər verir ki, məlumatı CNN telekanalı yayıb.

47 yaşlı Lureyrunu yerli xəstəxanaya çatdırsalar da, onu xilas etmək mümkün olmayıb.

Professorun qonşuluğunda yaşayan 22 yaşlı tələbə üç dəfə eşitdiyi güllə səsindən qorxduğunu bildirib.

Məşğul olduğu sahə ilə bağlı çoxlu mükafat qazanmış Nuno Lureyru günəşdə güclü partlayışlarının yaranmasını araşdırır, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün termonüvə birləşməsi yolu ilə təmiz və limitsiz enerji istehsal etməyə çalışırdı.

Bizə qoşulun