Medianews.az
Nizami Rəmzinin qızından Qorxmaz Əlilicanzadəyə DƏLƏDUZLUQ ittihamı: “İcazəsiz iş gördü, atama yalvardı ki, məni biyabr etmə” -
890 baxış

Nizami Rəmzinin qızından Qorxmaz Əlilicanzadəyə DƏLƏDUZLUQ ittihamı: “İcazəsiz iş gördü, atama yalvardı ki, məni biyabr etmə” - FOTO+ÖZƏL

“Qorxmaz Əlilicanzadə Nizami Rəmzi haqda absurd fikirlər söyləyib. Onun sənətini bir növ inkar edib. Qeyd edib ki, Nizami Rəmzi musiqili meyxana yaratmayıb və ümumiyyətlə musiqili meyxana yoxdur, bu parodiyadır. Sənin nə ixtiyarın var ki, atam haqqında danışırsan? Sənə kim icazə verib? Niyə görə digər meyxanaçılardan və yaxınlarından qorxursuz, Nizami Rəmzidən və ailəsindən qorxmursunuz? Sənin ixtiyarın yoxdur atamın sənətini kiçildəsən! Atamın səsi “Qızıl Fond”-a düşüb. Bu da yalandır? Dövlətimiz özü atamın sənətinə böyük diqqət, hörmətlə yanaşıb və onun meyxanalarını arxivləşdirib. Mənim atam parodist deyildi, özünü atamla səhv salıb. Atam meyxanaya mədəniyyət və musiqi gətirib. Heç kimin ixtiyarı yoxdur ki, atamın sənətini kiçiltsin! Nizami ölüb deyə ondan artıq qorxmursuz?”

Bunu Medianews.az-a açıqlamasında ustad meyxanaçı Nizami Rəmzinin qızı Heyran Baxşıyeva deyib.

O daha sonra bildirib ki, o atasından icazəsiz konsert təşkil edib və Nizami Rəmzinin şəkilini də afişaya vurub:

“Uzun illərdir Nizami Rəmzi dünyada yoxdur, amma haqqında yenə də danışırlar, reytinq qazanırlar. Siz dövlətin “Qızıl Fond”-una düşən meyxananı inkar edirsiz?  O danışığını bilməyən adamdır. Ömür boyu atamın sənətini qəbul etməyib, paxıllıq edib. Siz də çıxıb bir yenilik edərdiniz də. Qorxmaz Əlilicanzadəyə sual verirəm, sən sənət üçün nə etmisən? Sağlığında atamın əlindən ikiəlli yapışırdın, çünki ondan qorxurdun. Sağlığında üzünə deyə bilərdin bu sözləri? Bəzi meyxanaçıların adlarını çəkməyə cəsarətləri yoxdur, ona görə də ölülərə əl atırlar. Qorxmaz Əlilicanzadə bütün günü verilişlərdə oturub arvadlarla dava edən insandır da. O nə bilir sənət nədir? Qorxmaz atamdan yanıqlıdır. Niyə görə? O vaxt atamın sağlığında bizə gəldi. Atama yalvar-yaxar edib dedi ki, mən səndən xəbərsiz afişa hazırladıb, sirkdə konsert təşkil etmişəm. Düzdü, orada başqa meyxanaçıların da adı var idi, amma əsas atamın fotosu idi. Sən demə biletlər də atama görə satılıbmış. Atama yalvardı ki, sən Allah gəl, məni pis vəziyyətdə qoyma. Atam əsəbləşib dedi ki, sənin ixtiyarın yoxdur məndən xəbərsiz konsert verəsən. Bu dələduzluq sayılır. Dünyanın heç bir yerində belə şey yoxdur. Atam özünə hörmət edən insan idi. Dedi ki, bu qədər konsert salonları ola-ola niyə sirk? Atam həmin konsertə getmədi. Bunun da konserti fiaskoya uğradı. Bütün camaat bunun üstünə düşmüşdü ki, hanı bəs Nizami Rəmzi? Çünki Azərbaycanın bütün bölgələrindən atama görə ora insanlar gəlmişdi. O vaxtdan atamdan yanıqlıdır. Atamı Həsən Məmmədov, Əksər Cəfər kimi sənətkarlar verilişlərinə dəvət etdilər. Kişi kişiyə bu qədər paxıllıq edər? Necə ki, Nizami Rəmzi meyxana ilə musiqini sintez etdi, Vaqif Musafazadə də muğamla cazı sintez etdi. Sabah o durub Vaqif Mustafazadəni də inkar edər.

Nizaminin sayəsində gör nə qədər pul qazandılar. Atama qədər meyxana ancaq avara məclislərdə, toylarda, kriminal yerlərdə deyilirdi. Atam elə etdi ki, qadınlar da bu musiqili meyxanaya rəqs etdilər. Atamın səsi 2-3 filmdə istifadə edilib”.

Medianews.az

Bizə qoşulun