Medianews.az
Netanyahudan səs-küylü iddia:
190 baxış

Netanyahudan səs-küylü iddia: İran terroru Amerikaya daşıyır

İsrailin baş naziri Binyamin Netanyahu İrana qarşı sərt bəyanatlarla çıxış edərək Tehranın Latın Amerikasında təhlükəsizlik üçün ciddi təhdid yaratdığını iddia edib.

Musavat.com xəbər verir ki, Netanyahunun sözlərinə görə, İran Venesuelada Nikolas Maduro rejimi ilə əməkdaşlıq edir və terror şəbəkələrini Amerika qitəsinə yaymağa çalışır. İsrail baş naziri bildirib ki, İran Hizbullah və Həmas üzvlərinin ABŞ ərazisinə sızdırılmasında maraqlıdır.

“İran Maduro rejimi ilə əlbirdir. Onlar terroru Amerikaya, Amerika yarımkürəsinə ixrac edirlər. Məqsədləri Hizbullah və Həmas vasitəsilə öz adamlarını ABŞ-a yerləşdirməkdir”, – deyə Netanyahu vurğulayıb.

O həmçinin İranın Venesuelaya silah tədarükü ehtimalını da istisna etmədiyini bildirib. Netanyahunun fikrincə, bu cür fəaliyyətlər Yaxın Şərqlə yanaşı, Qərb yarımkürəsində də təhlükəsizlik balansını poza bilər.

Bizə qoşulun