Medianews.az
Neft hasilatı:
177 baxış

Neft hasilatı: 2008-2025-ci illər üzrə statistika

Energetika Nazirliyinin rəsmi hesabatına görə, 2025-ci ildə Azərbaycanda kondensatla birlikdə 27,7 milyon ton neft çıxarılıb.

Medianews.az bildirir ki, bu, son 18 ilin ən aşağı göstəricisidir. 2008-ci ildə neft hasilatı 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton, 2024-cü ildə 29,1 milyon ton olub.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” markalı Azərbaycan nefti ilə 65,71 dollarla start verib.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

Medianews.az

Bizə qoşulun